Danışıqlar baş tutmadı: Liderlərdən biri qapını çırpıb görüşü tərk etdi

16 Fevral, 19:02

“5 səhifəlik bir mətn ilə görüşə gəlmişəm, lakin, deyəcək bir sözüm yoxdur”

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı ilə Yunan tərəfin rəhbəri Nikos Anastasiadis bu gün yenidən bir araya gəlib.

VOİCEPRESS-in “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, danışıqlar aralıq ərazidə, BMT-nin obyektlərində aparılıb. Liderlər bugünkü görüşdə Yunan məclisinin Enosis xalq səsverməsinin məktəblərdə anılması qərarını müzakirə ediblər.

Şimali Kipr Prezidenti Mustafa Akıncı görüşdən sonra etdiyi açıqlamada bildirib ki, o, Yunan liderə bu qərarın yaratdığı sıxıntını izah etməyə çalışıb: “Yunan lider isə bizi dinləmək əvəzinə, 5 səhifəlik bir mətn ilə görüşə gəldiyini, lakin, hirslə “deyəcək bir sözüm yoxdur” deyərək qapını vurub iclası tərk edib ”.

Akıncı bu davranışın hörmət çərçivəsindən kənar olduğunu da diqqətə çatdırıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here