İcra hakimiyyətindən açıqlama: “Deyilənlər yalandır”

16 Fevral, 10:35

Güclü küləyin İsmayıllı rayonunun bəzi kənd yollarında fəsadlara yol açması barədə yayılan məlumatlar şişirdilib.

VOİCEPRESS azvision.az-a istinadən bildirir ki, bunu İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komisiyasının (FHK) sədri Rövşən Ağayev deyib. O bildirib ki, bu, sadəcə panikadır.

“Hər il külək dağlara yağan qarı İsmayıllı-İvanovka-Göyçay avtomobil yoluna sovurur. Biz buna öyrəşmişik. Hər il bu hadisə müşahidə edilir və tez zamanda da problem aradan qaldırılır. Daha avtomobillərin hərəkətinin çətinliyi, çovğunun, küləyin olması məlumatları yalandır”.

R.Ağayev bildirib ki, dərədən keçən həmin yola 20 sm qar yağıb: “50 sm qar yağması, yolun buz bağlaması yalandır. Şaxtalı vaxtlarda külək qarı sovurub, yola tökür və tez zamanda problem aradan qaldırılır. Heç bir maşın yolda qalmayıb. Məsələ isə sadəcə şişirdilib”.

Qeyd edək ki, güclü küləyin dağlara yağan qarı İsmayıllı-İvanovka-Göyçay avtomobil yoluna sovurduğundan avtomobillərin hərəkəti üçün çətinlik yaratdığı və yolun 50 sm qarla örtülməsi barədə məlumat yayılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here