Cocuq Mərcanlıda daha bir infrastruktur qurulur

2 Fevral, 17:59

Cocuq Mərcanlıda daha bir infrastruktur qurulur

“Aztelekom” MMC dövlət rabitə operatoru Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində telekommunikasiya infrastrukturunun bərpası ilə məşğul olacaq.

VOİCEPRESS xəbər verir ki, bu barədə Trend-ə özəl olaraq ölkə telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Məlumata görə, bərpa işləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək. Bu işlər çərçivəsində işğaldan azad olunmuş kəndə rabitə xidmətləri çatdırılacaq.

Qeyd olunub ki, bu istiqamətdə görüləcək işlər bərpa prosesi ilə məşğul olan strukturlar tərəfindən əlaqələndiriləcək.

Şirvan-Füzuli marşrutu ilə qoyulan optik kabel “Böyük qayıdış” layihəsi çərçivəsində Horadiz şəhərinə çatdırılmışdı. Bu layihənin davamı kimi kabelin Zəngilan, Qubadlı, Cəbrayıl və Laçın rayonlarına uzadılması planlaşdırılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here