“Çox təəssüf edirik” – AZAL yalanı təkzib edir

28 Fevral, 21:51

Azərbaycan Hava Yolları şirkəti (AZAL) şəhid Tural Həşimlinin yaxınlarına Naxçıvana uçmaq üçün bilet vermədiyi ilə bağlı iddiaların heç bir əsası yoxdur.

VOİCEPRESS-ə AZAL prezidentinin köməkçisi Paşa Kəsəmənski verdiyi məlumata görə, şəhidin cənazəsinin Naxçıvana yola salınarkən onun qohumlarına yalnız 5 yer veriliməsi barədə iddialar tamamilə yanlışdır.

“Bu gün bəzi saytlar guya “Azərbaycan Hava Yolları”QSC (AZAL) tərəfindən nəşi Naxçıvana göndərilən şəhidimiz Tural Haşımlının yaxınlarına qarşı hörmətsizlik olunmasına dair xəbərlər dərc edib. AZAL bu cür təhrif olunmuş və həqiqətə əsaslanmayan xəbərlərin yayılmasından təəssüflənir.

Sözügedən saytlar yazır ki, guya şəhidimizin nəşi yola salınarkən cəmi beş qohuma bilet verilib, bilet olmadığı üçün digər qohumlar onları müşayiət edə bilməyiblər. Bu, kökündən yanlış xəbərdir. Belə ki, yazılanların əksinə olaraq AZAL daha böyük, yəni “Aerobus A-320″ tipli təyyarə ayırıb. Bu addım mövcud şərait nəzərə alınaraq atılıb. Hətta şəhidimizin qohumları bu jestə görə AZAL-a təşəkkürünü də bildiriblər. Başqa sözlə, yazılanlar nəinki əsassızdır, hətta haqsızdır”, – deyə P.Kəsəmənski bildirib.

P.Kəsəmənski qeyd edib ki, Naxçıvanda müşahidə olunan qatı duman səbəbindən aviareys bir qədər yubanma ilə yerinə yetirilib.

“Belə bir həssas durumda yoxlanmamış, heç bir əsası olmayan iddia və şayiələrin yayılmasına, sadəcə təəssüflənirik. Bəhs etdiyimiz şayiəni yayan kütləvi informasiya vasitələrinin nümayəndələri gerçəyi öyrənmək üçün AZAL-ın müvafiq strukturu ilə əlaqə saxalya bilərdilər”, – P.Kəsəmənski deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here