VOİCEPRESS xəbər verir ki, imza mərasiminə böyük diqqət göstərək iştirak edənlərə və təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva Axısxa Türklərinin öz Vətənlərindən zorla sürgününü qələmə aldığı “Vatan kokusu” kitabı barədə məlumat verib və gənclərin iştirakı ilə imza mərasiminin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından danışan millət vəkili Qənirə Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb. O bildirib ki dünyanın harasında doğulub harasında yaşamasından asılı olmayaraq hər bir Türk insanı ortaq tarixmizi yaxşı bilməlidir və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməliyik.
Bu kitabın gənclərimiz arasında Axısxa Türklərini daha yaxşı tanımağa öz töhvəsini verə biləcəyini deyən millət vəkili Qənirə Paşayeva “inşallah gələn tədbirlərimizdə Axısxada, işğaldan azad edəcəyimiz Azərbaycan torpaqlarında görüşək” deyib. Millət vəkili Qənirə Paşayeva tədbir iştirakçıları üçün kitablarını imzalayıb və bir sıra Türk toplumlarının QHT rəhbərləri, aydınları ilə görüşərək fikir mübadiləsi də aparıb.
VOİCEPRESS.AZ