Bu barədə VOİCEPRESS-ə qurumdan məlumat verilib.
Ümumi təhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına əsasən şagirdlər ümumi və tam orta (9-cu və 11-ci sinif) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında test tapşırıqlarından əlavə təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil (9-cu sinif) haq¬qında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir. Qeyd edək ki, imtahanlarda inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır.
Aşağıdakı linklərdə 2017-ci ildə 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə yazacaqları inşalara verilən tələblər, həmçinin inşa (esse) mövzularına aid nümunələr (azərbaycan və rus dilində) təqdim edilib.
2017-ci ildə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər haqqında
2017-ci ildə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər haqqında
2017-ci ildə ümumi orta və tam orta təhsil səviyyələri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün inşa (esse) mövzularına nümunələr
VOİCEPRESS.AZ