Qərbi Afrikada yerləşən Mavritaniya ölkəsində arıq deyil, kök qızlara üstünlük verilir.
VOİCEPRESS axşam.az-a istinadən bildirir ki, ölkənin “Leblouh” adlı adət-ənənəsinə görə, qız uşaqları 6-7 yaşlarından kökəlmə düşərgələrinə göndərilirlər. Onlar burada qusana qədər yemək yeyirlər. Qızların gündəlik qidası 16 min kalorili olur.
Valideynlərin bu cür addım atmasına səbəb gələcəkdə qızlarını rahat ərə verə bilməkdir. Belə ki, adıçəkilən ölkədə arıq qızlar deyil, kök qızlar ərə gedə bilir.
VOİCEPRESS.AZ