Biləsuvar rayonunda “ Xocalı soyqırımını unutmayaq” mövzusunda inşa müsabiqəsi keçirildi

24 Fevral, 15:29

Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkliatçılığı ilə 24 fevral 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində 26 fevral Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutmayaq” mövzusunda inşa müsabiqəsi keçirildi.
Tədbirdən əvvəl Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxış keçirildi. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Xocalı soyqırımına həsr olunmuş videofilm nümayiş etdirildi.

VOİCEPRESS xəbər verir ki, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov tədbiri açaraq bildirdi ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Amansız cinayətə rəvac vermiş ermənilər qəddar və qaniçən millət olduqlarını bir daha təsdiq etdilər. Lakin hiyləgər və məkrli düşmən bu yolla istəyinə nail ola bilmədi, Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq, Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər. Bu gün xocalılılar ölkəmizin müxtəlif bölgələrində məskunlaşıblar, amma hər birimizin məqsədi, arzusu doğma torpaqlarımıza, Xocalıya qayıtmaq, işğal olunmuş torpaqlarımızı azad etməkdir. Yaxın vaxtlarda arzumuzun çin olacağına əminik. Tezliklə ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ problemi sülh yolu ilə həll olunacağı, işğal olunan torpaqlarımız azad ediləcəyi gün uzaqda deyil.
Çıxışlardan sonra müsabiqəyə start verildi. Müsabiqədə 26 nəfər gənc ştirak etdi. Müsabiqəyə 26 fevralda yekun vurularaq qaliblər müəyyənləşəcəkdir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here