VOİCEPRESS xəbər verir ki, əvvəlcə Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xocalı soyqırımı barədə gənclərin məlumatlandırılması, soyqırım qurbanlarının xatirəsinin yad edilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə keçirilən yarışın açılış mərasimində çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov 1992-ci il 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırım haqqında geniş məlumat verdi, bildirdi ki, Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Sonra yarışlara start verildi. Yarışda 18 ümumtəhsil məktəblərindən 90 şagird sərrast atıcılıq qabiliyyətlərini nümayiş etdirdilər.
Ən çox xal toplayan Xırmandalı kənd 1 nömrəli tam orta məktəbin komandası birinci, Əsgərabad kənd tam orta məktəbin komandası ikinci, Biləsuvar Peşə Liseyinin komandası isə üçüncü yerə layiq görüldü.
VOİCEPRESS.AZ