Beyonse əkizlərə hamilədir – FOTO

2 Fevral, 10:26

Beyonse əkizlərə hamilədir – FOTO

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyonse Nouls hamilədir.
VOİCEPRESS Milli.Az-a istinadən bildirir ki, 35 yaşlı müğənni bu barədə İnstagram-dakı profilində məlumat verib.

“Bəxtəvərlik və səadətimizi, sevgimizi paylaşmaq istəyirik. Tanrı bizi iki dəfə sevindirib. Ailə üzvlərimizin sayının daha iki nəfər artacağına görə Tanrıya hədsiz dərəcədə minnətdarıq. Sizə də xoş arzularınıza görə təşəkkür edirik”, – müğənni yazıb.

Beyonse əri, milyarder reper və prodüser Cey-Zi ilə 2008-ci ilin aprelində ailə qurub. 2012-ci ilin yanvarın 8-də onların Ayvi Blyu Karter adlı qızları doğulub.

Beyonse Nouls-Karter müğənni, prodüser, aktrisa, rəqqasə və modeldir. 1990-cı illərin sonlarında “Destiny’s Child” qrupunun solisti təki məşhurlaşıb. Musiqi karyerası ərzində o, 20 “Grammy” mükafatı alıb.

Beyonsenin hamiləliyin 4-cü ayında olduğu güman edilir. Məşhur müğənnini təbrik edənlər arasında Rianna və Rita Ora da vardı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here