Belarus neft axtarışına çıxdı

4 Fevral, 15:35

“Bu Azərbaycan, İran, Kanada və Venesuela nefti də ola bilər”

“Bilirik rus nefti olmasa, çətin olar. Amma müstəqillik daha önəmlidir, suverenlik bizimçün hər şeydən vacibdir! Biz neft tapacağıq, neft kifayyət qədərdir. Bu Azərbaycan, İran, Kanada və Venesuela nefti də ola bilər”.
VOİCEPRESS Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ötən gün mətbuat konfransında Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenko bildirib ki, Azərbaycandan neftlə bağlı müqavilə olub, 84 min ton neft alınıb.

“Hətta bizə endirim də elədilər və onu Ukrayna vasitəsi ilə dəmir yolu ilə gətirdik. Burda ki, Rusiya itirir. Amma onlar bizə deyir ki, Rusiya nefti uçuzdur, siz uzaqdan yanacaq ala bilmərsiz. Mənsə deyirəm ki, bizim tarixi münasibətlərimiz neftdən daha bahadır”.- deyə Belarus prezidenti bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here