Bazarda yerli mal satmayanlar cərimələcək

0
314760

“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanuna uyğun olaraq təşkil edilən kooperativ bazarlardakı satıcıarlabağlı yeni qərar qəbul edilib.

VOİCEPRESS fins.az-a istinadən bildirir ki, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər şəxslərin satış etməsinə görə cərimə tətbiq olunacaq.
Bu barədə Milli Məclisin “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270 VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərarında deyilir.
Qərara görə, satış qaydalarını pozan fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcəklər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here