Bakıda uşaq yüksək mərtəbədən yıxılıb öldü

11 Fevral, 16:00

Bu gün səhər saatlarında Xətai rayonu, Məhəmməd Hadi küçəsi 101 ünvanında bədbəxt hadisə qeydə alınıb.



VOİCEPRESS xəbər verir ki, salamnews-a Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, 2008-ci il təvəllüdlü Emin Ovçinnikov ehtiyatsızlıq nəticəsində 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Bildirilib ki, əqli cəhətdən qüsurlu olan 9 yaşlı məktəbli pəncərədə olan tor yelləncəkdə oynayan zaman yelləncək cırılıb və uşaq yerə düşərək dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə aparılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və araşdırmalar aparılır.

Qeyd edək ki, dünyasının dəyişən uşağın valideynləri rus və tatar millətinin nümayəndələridir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here