Bakıda sərnişini ölümdən xilas edən avtobus sürücüsü TƏLTİF EDİLDİ

3 Fevral, 18:39

Bakıda sərnişini ölümdən xilas edən avtobus sürücüsü TƏLTİF EDİLDİ

Bakı Nəqliyyat Agentliyində yanvarın 26-da 6 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda epilepsiya keçirən sərnişinə ilk tibbi yardım göstərərək həyatını xilas edən sürücü Novruzov Oqtay Şair oğlu ilə görüş keçirilib.

VOİCEPRESS bildirir ki, agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Milli.Az-a açıqlamasında bildirib ki, görüşdə deyib ki, sürücü Oqtay Novruzovun xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirəlayiqdir. Qeyd edilib ki, bu gün ictimai nəqliyyatda xidmət göstərən sürücülər nəqliyyat vasitəsini idarə etməklə yanaşı, eyni zamanda sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün zəruri hesab edilən bilik və bacarıqları da bilməlidır. Sürücülərin bu istiqamətdə maarifləndirilməsi və praktik təlimlərə cəlb edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyi daşıyıcılar qarşısında qanunvericilikdən irəli gələn tələblər qoyub. Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzi istifadəyə verildikdən sonra bu sahədə nəzərdə tutulan tədbirlər daha təkmil formada həyata keçiriləcək.

Sonda, sürücü Oqtay Novruzova Bakı Nəqliyyat Agentliyinin baş direkrou Vüsal Kərimlinin adından təşəkkürnamə təqdim edilib. Sürücü Oqtay Novruzov deyib ki, tibbi yardıma ehtiyacı olan sərnişinə ilk yardım göstərməklə, o, üzərinə düşən vəzifə və insani borcunu yerinə yetirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here