Bakı Atatürk Liseyində Xocalı qurbanları yad edildi

24 Fevral, 16:10

Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimi faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin oxunması ilə başlayıb.

VOİCEPRESS xəbər verir ki, mərasimdə çıxış edən liseyin müdiri Hüseyn Dəmirəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə şagirdlərə ətraflı məlumat verib, bunun insanlığa qarşı törədilmiş cinayət olduğunu söyləyib.

Bildirilib ki, faciəyə siyasi-hüquqi qiymət verilib, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində mühüm işlər görülüb. Hüseyn Dəmirəl Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Heydər Əliyev Fondunun əvəzolunmaz işlər gördüyünü də vurğulayıb. Qeyd olunub ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində soyqırımının beynəlxalq miqyasda tanınması üçün geniş təbliğat işləri aparlır.

Çıxışlardan sonra lisey şagirdləri tərəfindən Xocalıya həsr olunmuş şeirlər səsləndirilib və ədəbi-bədii kompozisiya təqdim olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here