Bahçeli: “ATƏT-in Minsk qrupu ədaləti təmin edə bilməyib”

28 Fevral, 12:50

“Atəşkəsi pozan, pozuntulara yol açan təqsirkar Ermənistandır”.

VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat partiyasının sədri Dövlət Bahçeli deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb, Türkiyənin də iştirak etdiyi ATƏT-in Minsk qrupu ədaləti təmin edə bilməyib: “Artıq zaman daralır, səbr tükənir. Ermənistan Azərbaycan torpaqlarından dərhal çəkilməlidir. Türk millətinin ürəyi Dağlıq Qarabağda döyünür. 25 il əvvəl Xocalıda itirdiyimiz qardaşlarımıza Allahdan rəhmət diləyirəm”.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here