Bahar Muradova: “Mehriban Əliyeva dövlətə xidmətin yeni bir nümunəsini ortaya qoyacaq”

21 Fevral, 18:56

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilmiş birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva bu vəzifəsində öz potensialını daha geniş şəkildə səfərbər edərək dövlətimizə xidmət etməyin yeni bir nümunəsini ortaya qoyacaq və bu da hər bir kəs üçün örnək bir fəaliyyət olacaq.
VOİCEPRESS
xəbər verir ki, bunu trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını dövlət idarəçiliyi üçün faydalı sayan B.Muradova qeyd edib ki, artıq konkret olaraq, referendumun nəticələrindən irəli gələn addımlar atılır: “Bu müddət ərzində dəfələrlə bu sualla qarşılaşmışdıq ki, vitse-prezidentlər nə zaman təyin olunacaq və onlar kimlər ola bilər. Səslənən fikirlərin, verilən proqnozların arasında hər zaman əsas fikir o idi ki, Birinci vitse-prezident postuna ən layiqli namizəd Mehriban Əliyevadır. Çox gözəl oldu ki, Prezident bu gün hamının gözlədiyi bir qərarı verdi”.

Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti təyin olunmasını dövlətin idarəçiliyi sahəsində mühüm və əhəmiyyətli qərar sayan B.Muradova hesab edir ki, Mehriban Əliyeva bu günə qədər bütün fəaliyyəti ilə Azərbaycan qadının adını ən yüksək pillələrə qaldırıb, Azərbaycan qadınlarının adını uğurla təmsil edib:

“Onun uğuru Azərbaycanın uğurudur. Bu illər ərzində də əmin olmuşuq ki, Mehriban xanım fəaliyyət göstərdiyi bütün sahələrdə mütləq mənada uğura imza atır, ən gözəl olanını edir və bununla da hər kəsin diqqətini göstərdiyi fəaliyyətə cəlb edir. İnanıram ki, Mehriban Əliyeva Prezident İlham Əliyevin ona göstərdiyi bu etimadı doğruldacaq və vəzifəsini çox böyük uğurla yerinə yetirəcək, Prezidentin ölkəmizin inkişafı istiqamətindəki bütün fəaliyyətinə daha yaxından dəstək olacaq. Bu uğurlu tandem yeni dövr üçün Azərbaycana xidmətin yeni nümunəsini ortaya qoyacaq”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here