AzTU-nun təhsildə fərqlənən tələbələri mükafatlandırılıb

7 Fevral, 14:05

Fevralın 7-də “Azerfon” MMC-nin Tədbirlər və Biznes İcmaları ilə iş üzrə mütəxəssisi Nuranə Əliyeva Azərbaycan Texniki Universitetində olub və təhsildə fərqlənən tələbələrlə görüşüb.

VOİCEPRESS xəbər verir ki, görüşdə AzTU-nun prorektoru İsa Xəlilov “Azerfon” MMC ilə Universitet arasındakı əməkdaşlıqdan danışaraq bildirib ki, son illər rabitə, ümumilikdə kommutasiya sistemləri üzrə mütəxəssislərin hazırlanmasında böyük uğur əldə olunub. Prorektor Azərbaycanın tranzit ölkə olduğunu tələbələrə xatırladaraq qeyd edib ki, rabitə sahəsində də tranzit ölkə statusu təmin olunmalı və inkişaf etdirilməlidir.

Daha sonra tələbələrə “Azerfon” MMC-nin xüsusi hədiyyələri təqdim olunub.

Radiotexnika və rabitə fakültəsinin dekanı Bayram İbrahimov, həmin fakültənin “Rabitə şəbəkələri və kommutasiya sistemləri” kafedrasının müdiri Elçin Gözəlov çıxış edərək tələbələrə daha böyük uğurlar arzulayıblar və Nar mobilə şirkətinin rəhbərliyinə təşəkkür ediblər.

Xatırladaq ki, 2016-cı il aprelin 14-də “Azerfon” MMC və Azərbaycan Texniki Universiteti arasında imzalanmış birgə fəaliyyət müqaviləsi çərçivəsində təhsildə fərqlənən tələbələrə müxtəlif mükafatlar, təqaüdlər verilməsi nəzərdə tutulub.

Bu əməkdaşlığa əsasən qış imtahan sessiyasının nəticələrinə uyğun olaraq ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan tələbələr-Məmmədaslan Quliyev, Xəyalə Həsənli və Günay Abbasova mükafata layiq görülüblər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here