Azərbaycanlı tələbə ilkə imza atıb – VİDEO

24 Fevral, 23:09

Azərbaycanlı tələbənin hazırladığı layihəni xarici təşkilatlar maliyyələşdirib.

21 yaşlı gənc Azərbaycanda bir ilkə imza atıb. Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi Şamil Ömərov “Günəş panellərinin iki ox ətrafında avtomatik idarə olunması” layihəsini hazırlayıb. Yəni bu qurğu ilə günəş panelləri avtomatik idarə olunur. Nəticədə müəyyən miqdarda elektrik enerjisi əldə edilir. Qurğunun hazırlanmasına isə bir il vaxt sərf olunub.

Layihəni Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi maliyyələşdirib. Bu qurğu vasitəsilə əldə olunan enerjidən bir çox sahələrdə istifadə etmək mümkün olacaq.

Bu qurğunun digər xüsusiyyəti isə əksər detallarının məhz Şamil Ömərovun özünün hazırlamasıdır.

VOİCEPRESS xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here