“Fight Nigts Global” şirkəti Azərbaycan təmsilçisi Elnar İbrahimovla döyüşdən sonra təxribata yol verən erməni döyüşçü Vartan Asatryanla müqaviləni pozub.
VOİCEPRESS “report”a istinadən bildirir ki, bununla bağlı Asatryana rəsmi bildiriş göndərilib.
Onun qovulmasına səbəb kimi geyimində siyasi məzmunlu simvoldan istifadə etməklə etik normaların pozulması göstərilib. Şirkət bildirir ki, döyüşçülərin müqavilələrində bu məsələyə dair bəndlər var:
“Anlaşmada həmin bəndlərə mütləq əməl olunması tələbi əksini tapıb”.
Qeyd edək ki, Krasnodarda yaşayan Vartan Asatryan Elnar İbrahimovla döyüşə üzərində Rusiya və Ermənistanla yanaşı, qondarma Dağlıq Qarabağ Respublikasının bayraqlarının əks olunduğu şortiklə çıxıb. Həmin şortikdə həm də qondarma erməni soyqırımından bəhs edən təsvir olub. Asatryan İbrahimovu məğlub etdikdən sonra isə rinqdə qondarma qurumun bayrağını nümayiş etdirib.
VOİCEPRESS.AZ