Azərbaycanda pensiyalarla bağlı dəyişiklik

28 Fevral, 19:22

Azərbaycanda əmək pensiyalarının baza hissəsi ləğv olunur.

VOİCEPRESS xəbər verir ki, bu, “Əmək pensiyaları haqqında” qanununa dəyişiklik layihəsində əksini tapıb.

Bunun əvəzində minimum pensiya məbləği 110 manat təyin ediləcək.

1992-ci ilin yanvarın 1-nə qədər pensiyaya çıxan vətəndaşların kompensasiyasını dövlət ödəyəcək. 2006-cı ilə qədər çıxanların kompensasiyasını isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edəcək. 2006-cı ildən sonra bu vəsaitlər sərbəst toplanaraq hesablanacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here