Azərbaycanda meşələrin bərpası məqsədi ilə torpaqların icarəyə verilmə müddəti 5 dəfəyədək artırılıb. VOİCEPRESS xəbər verir ki, bu haqda Milli Məclisin iclasında Meşə Məcəlləsinin 22-ci maddəsinə dəyişiklik haqda parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.
Dəyişikliyə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) müqavilə əsasında müvafiq icra hakimiyyəti tərəfindən 1 ildən 49 ilədək icarəyə verilə biləcək.
Hazırda isə bu müddət 1 ildən 10 ilə qədərdir.
Layihə səsə qoyularaq qəbul edilib.
VOİCEPRESS.AZ