“Azərbaycanda korrupsiyaya qarşı mübarizə yüksək səviyyədə aparılır”

20 Fevral, 12:30

Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri yüksək səviyyədə aparılır.
VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndəsi Tatyana Xvanska deyib.

Onun sözlərinə görə, ölkədə korrupsiyaya qarşı mübarizə aparmaq üçün lazımi şərait yaradılıb:

“Azərbaycanda korrupsiyaya qarşı tədbirlər aparmaq üçün təkcə dövlət qurumları deyil, içtimaiyyət nümayəndələri də çalışmalıdır. Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir. Əslində, korrupsiyaya qarşı mübarizə hökumətin iradəsindən asılıdır. Amma bu prosesdə ictimaiyyətin, cəmiyyətin də rolu olmalıdır. Aparılan araşdırmalardan məlum olub ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları ictimai təşkilatlarla, cəmiyyətlə normal işləyir, kifayət qədər təbliğat aparılıb”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here