Azərbaycanda ən çox qar yağan yer açıqlandı

14 Fevral, 11:04

Lənkərana-Astara zonasında qar yağışı intensiv olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində ötən gün müşahidə edilən hava haqqında məlumatı açıqlayıb. Nazirlikdən VOİCEPRESS-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi fevralın 13-ü gündüzdən 14-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir sulu qar, qar yağıb, Lənkərana-Astara zonasında intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-9, Böyük Qafqazda 2-10, Naxçıvan MR-da 4-6, Lənkəran-Astara zonasında 3-29, Mərkəzi-Aran rayonlarında 3-12, Qazax-Gəncə zonasında 3-10 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Qumyataqda 4, Bakı, Maştağada 3, Sumqayıt, Ələtdə 2, Binə, Zabratda 1, Lənkəran-Astara zonasında: Rvarudda 88, Lerikdə 70, Yardımlıda 39, Göytəpədə 32, Lənkəran, Kəlvəzdə 25, Biləsuvarda 20, Astarada 14, Kiçik Qafqazda: Daşkəsəndə 15, Göygöldə 11, Gədəbəydə 9, Böyük Qafqazda: Sarıbaşda 49, Altıağacda 18, Qırızda 17, Qubada 15, Şamaxıda 12, Mərəzə, Qusar, Kişçayda 9, Şəki, Qəbələdə 8, Oğuz, Zaqatala, İsmayıllıda 4, Şabran, Şirvanda 3, Balakəndə 1, Qazax-Gəncə zonasında: Şəmkirdə 7, Gəncə Aviada 5, Gəncə, Tovuzda 4, Naftalan, Ağstafada 3, Naxçıvan MR-da: Ağdərədə 45, Şahbuzda 28, Şərurda 27, Naxçıvanda 26, Mərkəzi-Aran rayonlarında: Kürdəmirdə 20, Qazıməmməddə 7, Tərtərdə 6, Beyləqanda 5, Mingəçevir, Salyanda 2, Bərdə, İmişli, Sabirabad, Cəfərxanda 1 sm olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here