Azərbaycanda daha bir reket jurnalist həbs edildi

20 Fevral, 12:21

İsmayıllıda reket-jurnalist həbs olunub.

VOİCEPRESS-in virtualaz.org-a istinadən məlumat verir ki, bu haqda həmin jurnalistin-Elçin İsmayıllının vəkili İslam İsmayılov məlumat verib.

Məlumata görə, onun haqqında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq materiallarına görə, jurnalist İsmayıllı rayon Mədəniyyət və turizm şöbəsinin bir əməkdaşı haqqında neqativ məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here