Azərbaycan Ermənistandan 20 dəfə çox silah aldı

20 Fevral, 12:19

Dünyanın ən böyük silah ixracatçılarının adları açıqlanıb. VOİCEPRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutunun (SIPRI) hesabat yayıb.

Hesabatda qeyd edilib ki, ABŞ və Rusiya 2012-2016-cı illərdə silah ticarəti sahəsində dünya lideri olub. Satılan silahların 74%-i ABŞ, Rusiya, Çin, Fransa və Almaniyanın payına düşür. Rusiya və ABş-ın birgə payı isə 56 faizdir.

Sənəddə qeyd edilib ki, 2004-cü ildən dünyada silah satışı çox artıb. 2007-2011-ci ilərlə müqayisədə artım 8,4% təşkil edib. Ümumiyyətlə son beş ildəki göstərici soyuq müharibə bitdikdən sonra qeydə alınan ən yüksək rəqəmdir.

Asiya, Okeaniya və Yaxın Şərqdə silah idxalı artıb. İlk iki regiona artım 7,7% olub və dünya idxalının 43% təşkil edib.

Şimali Afrika ölkələri arasında hərbi idxala görə lider ölkə Əlcəzairdir. Regiona silah satışının 46%-i bu ölkənin payına düşür.
Azərbaycanın ən yaxın qonşusu olan Rusiyanın 2012-2016-cı illərdə ixracda payı 23% olub. Bu silahın böyük hissəsini Hindistan, Vyetnam və çin və Əlcəzair alıb.

2012-2016-cı illərdə 2007-2011-ci illərlə müqayisədə Rusiya silahının ixracı 4,7 faiz çoxalıb. Son 4 ildə Asiya və Okeaniya 68, Afrika 12, Yaxın Şərq 8,1, Avropa isə 5,9 faiz rus silahı alıb.

Siyahıda Azərbayacan və Ermənstanın adı xüsusi qeyd edilir. Aradakı fərq isə açıq-aydındır. Hesabatda qeyd olunur ki, 2012-2016 illərdə Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here