Aydın Mirzəzadə: “Şəhidimizin nəşi alınarkən erməni zabitin ürəyi gedib”

0
313714

Fevralın 5-də Ermənistan-Azərbaycan sərhəddində şəhid Çingiz Qurbanovun nəşi düşmən tərəfdən alınarkən maraqlı hadisə baş verib. Tərəflər nəşi almaq üçün üzbəüz durarkən Ermənistan silahlı qüvvələrnin zabiti həyəcandan huşunu itirərək yıxılıb.
VOİCEPRESS xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə Feysbuk hesabında yazıb.

A.Mirzəzadə qeyd edib: “O, ya aprel döyüşlərinin iştirakçısı olub, ya da həmin döyüşlər barədə zabit həmkarlarından eşidib. Hər iki halda Azərbaycan ordusunun xofu hətta erməni hərbiçilərində belə çox ciddi oturub”.

Qeyd edək ki, əsgər Qurbanov Çingiz Salman oğlu Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olub. Nəşi 40 gün erməni girovluğunda qaldıqdan sonra fevralın 5-də geri alınıb. Şəhid Çingiz Qurbanov fevralın 6-da Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminin ardından doğulduğu Qusar rayonunda Şəhidlər Xiyabanında dəfn olunub.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here