Aydın Abbasov: “Bu dövlət sizin bu çirkin əməllərinizi bağışlamayacaq”

19 Fevral, 15:47

“Bu dövlət sizin bu çirkin əməllərinizi bağışlamayacaq!

“Gəncəyə gəlir mənbəyi kimi baxan, vəzifəsindən istifadə edərək maddi və mənəvi zərər vuranlara, sakinlərini incidib, küsdürüb, dövlətimizin qanunlarına və insanlığa qarşı zidd yollarla zənginləşən hər bir məxluq ancaq manqurt adlandırıla bilər.”

VOİCEPRESS xəbər verir ki, bunu Gəncənin sabiq millət vəkili, Baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu Aydın Abbasov rüşvət alarkən yaxalanan Gəncə Musiqi Kollecinin direktoru Gülçin Mirzəyeva ilə bağlı qalmaqalı şərh edərkən bildirib.

Bu millət sizin bu çirkin əməllərinizi bağışlamayacaq!
Gəncə sizin çirkin niyyətlərinizi bağışlamayacaq!
AzTV-də bu cür məlumatları seyir etdikcə, Gəncədə baş verən bu özbaşınalığın, biyabırçılığın səbəbkarlarına ayıb olsun deyirəm
Sizə acıyıram! Siz ölkə rəhbərinin, bu milllətin düşməniziniz”!!!

Qeyd edək ki, Gülçin Mirzəyeva 2 gün əvvəl Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev tərəfindən daha da irəli çəkilərək, Gəncə Filarmoniyasına direktor təyin olunmuşdu.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here