ATƏT PA-nın iclasında Xocalı soyqırımı barədə məsələ qaldırıldı

24 Fevral, 19:46

Bu günlərdə Azərbaycan Xocalıda baş vermiş soyqırımın 25 illiyini qeyd edir.
VOİCEPRESS
xəbər verir ki, bu sözləri ATƏT PA-nın qış sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva bildirib. O, faciə nəticəsində 613 azərbaycanlının qətlə yetirildiyi bildirib: “Dünyada bir sıra ölkələr Xocalıda baş vermiş hadisələri soyqırım kimi tanıyır. Ermənilər işğal etdikləri ərazilərimizdə bizim tarixi və dini abidələrimizi dağıdıb.

ATƏT-in 2 faktaraşdırıcı missiyası əraziyə 2 dəfə səfər edib. Onların hesabatlarında bu hallar açıq göstərilir. Bakıda erməni kilsəsi var, Azərbaycan hökuməti onu bərpa edib. 5 mindən çox erməni dilində kitab bu kilsədə saxlanılır. Bu, azərbaycanlılar və ermənilər arasındakı fərqi göstərir. Günahsız insanlar hələ də Ermənistanın siyasətindən əziyyət çəkir. Əgər biz insan haqlarından danışırıqsa, onu da qeyd etməliyik ki, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün öz doğma torpaqlarından didərgin düşüb. Dağlıq Qarabağ və ətraf regionlar Azərbaycana aiddir. Bizim ərazi bütövlüyümüz bərpa olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər vacibdir. Beynəlxalq hüquq təmin olunmalıdır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here