“ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib

0
314039

“ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”ni Azərbaycan Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”yə uyğunlaşdırmaq məqsədilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 7.21-ci bənd əlavə edilir:

“7.21. Elektron viza verilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun elektron qaydada ödənilməsini təmin etmək üçün sistem “ASAN Viza” sistemi ilə inteqrasiya olunaraq, real vaxt rejimində “ASAN Viza” sisteminə dövlət rüsumunun ödənilməsi ilə bağlı məlumatları (ödəmə tarixi, vaxtı və əməliyyat nömrəsi) təqdim edir.”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here