Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova bildirdi ki, keçirilən təqdimatların peşəkarlıq səviyyəsi daha da artıb. Onun sözlərinə görə tədbirlərdə aparılan müzakirələr bir daha sübut edir ki, MEK-in fəaliyyəti düzgün istiqamətdə qurulub. L.İmanova MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazası haqqında məlumat verib. Onun sözlərinə görə MRY-nin məqsədi Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçısının istifadəsinə verməkdir.
VOİCEPRESS xəbər verir ki, MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü MEK fondlarında saxlanılan incilərin, şəxsi kitab kolleksiyalarının, yeni sənədlərin təqdimatlarının ənənəvi olaraq hər həftə keçirildiyini qeyd etdi. M.Göyüşlü keçirilən tədbirlərin və görülən işlərin üç dildə yayımlanan mek.az saytında və kitabxananın sosial şəbəkələrdəki səhifələrində operativ şəkildə işıqlandırıldığını vurğuladı.
Kitabxananın Fondların formalaşdırılması bölməsinin əməkdaşı Qönçə Cəlilova fevral ayı ərzində MEK-ə daxil olan sənədlər (kitab, jurnal, dissertasiya, avtoreferat və s.) haqqında slaydlı təqdimatla çıxış etdi. O, bildirdi ki, MEK-in fondları pulsuz məcburi nüsxələr, hədiyyələr, beynəlxalq kitab mübadiləsi və s. üsullarla formalaşdırılır. Q.Cəlilova MEK-in fevral ayı ərzində hədiyyə yolu ilə 121 kitab, 57 jurnal, pulsuz məcburi nüsxə olaraq 78 kitab, 62 jurnal, 3 avtoreferat, 2 elektron vəsait əldə etdiyini açıqladı. Daha sonra təqdimatçı bir sıra kitablar və jurnallar haqqında ətraflı məlumat verdi.
“Nadir Şah”, “Tamerlan”, “Şah arvadı və Cadugər” kimi tarixi romanlarını MEK-ə hədiyyə edən “Olaylar” qəzetinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuz bu səpkidə keçirilən tədbirlərin gənclərdə oxu mədəniyyətinin, mental dəyərlərin, fəlsəfi fikirlərin formalaşmasında müsbət rol oynayacağını bildirdi.
AMEA Fəlsəfə İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Əli Abasov tədbirdən məmnunluğunu ifadə edərək, müasir dünyamızda təşəkkül tapan yeni fəlsəfi baxışların AMEA-nın ayrı-ayrı institutlarına tətbiq edərək, onların üzvi şəkildə bağlılığını təmin etməyin vacibliyindən danışdı.
AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Əbülhəsən Abbasov Fəlsəfə İnstitunun prioritet fəaliyyət istiqamətinin cəmiyyətdəki mövcud problemlərə qeyri-ənənəvi yanaşaraq, yeni fəlsəfənin sisteminin işlənilməsi, postneoklassik dövrün epistemologiyasını ortaya qoyaraq praktik həll üsullarının ictimaiyyətə çatdırılması olduğunu qeyd etdi. O, bunun Azərbaycan fəlsəfə tarixinin uğuru olduğunu bildirdi.
ADU-nun Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva MEK-ə təqdim etdiyi “Norveç etnoqrafiyası” kitabı haqqında məlumat verdi. Tur Heyerdalın Azərbaycana səfəri, bunun tarixi və nəzəri cəhətdən dəyərini, iki ölkə arasında yaxşı münasibətlərin qurulmasında vacib rolunu qeyd etdi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı İsmayıl Umudlu insanların nəsil bağlılığını əks etdirən – şəcərə haqqında olan məlumat, sənəd və faktların bir yerdə toplanaraq, MEK daxilində fond yaradılmasını təkilif etdi.
AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Rauf Məmmədov belə bir platformada elmin müxtəlif istiqamətlərində aparılan araşdırmaların, elmi nəticələrin sinergetik şəkildə bir müstəvidə müzakirəsinin yeni tarixi faktların aşkar olunmasına gətirib çıxaracağına əminliyini ifadə etdi.
MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxananın Azərbaycanın təbliğ edilməsi, beynəlxalq kitab mübadiləsi istiqamətində gördüyü işlərdən bəhs etdi.
Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

VOİCEPRESS.AZ