ABŞ Kuba ilə münasibətlərə yenidən baxacaq.
VOİCEPRESS Reuters agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.
“Hazırda biz Kuba ilə münasibətlərdə ABŞ-ın apardığı siyasətin tam şəkildə yenidən baxılması ilə məşğuluq”, deyə Ş.Spayser bildirib.
Onun sözlərinə görə, rəsmi Havana ilə münasibətlərdə insan haqları ön planda duracaq.
VOİCEPRESS.AZ