Yanvar ayının 16-20 tarixlərində Litvanın Vilnüs şəhərində aerobika gimnastikası üzrə beynəlxalq hakimlik kursları təşkil olunub.
VOİCEPRESS bildirir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, seminarda iştirak edən Azərbaycan təmsilçiləri Nigar Abdusəlimova və Aleksandra Qorobçuk imtahanlardan uğurla keçərək, 4-cü hakimlik kateqoriyasını əldə ediblər.
Qeyd edək ki, bu kateqoriya növbəti Olimpiya dövrü ərzində (2017-2020) qüvvədə olacaq.
VOİCEPRESS.AZ