“Güləni mütləq qaytarmalıyıq” deyə çıxış edən Ağ evin Milli Təhlükəsizlik Müşaviri Maykl Filinin istefa etdiyi açıqlanıb. VOİCEPRESS-in “Haberler”ə istinadən verdiyi xəbərə görə, o, Rusiyannın Vaşinqtondakı səfiri Sergey İvanoviç Kiclyak ilə telefon söhbətindən sonra vəzifəsindən imtina edib.
Reytersin xəbərinə görə, , Maykl Filinin vəzifəsini müvəqqəti olaraq Milli Təhlükəsizlik Konseyinin rəhbəri təqaüddə olan general Keith Kellogg idarə edəcək.
Reytersin xəbərinə görə, , Maykl Filinin vəzifəsini müvəqqəti olaraq Milli Təhlükəsizlik Konseyinin rəhbəri təqaüddə olan general Keith Kellogg idarə edəcək.
Qeyd edək ki, 58 yaşlı Filin, noyabr ayında Fətullah Gülənin Türkiyəyə verilməsi ilə bağlı məqalə dərc etdirmişdi. O yazısında qeyd etmişdi ki, Pensilvaniyaya rahatca yerləşmiş maskalı terrorist üzündən NATO müttəfiqimiz Türkiyəyə əngəl olmaq məntiqsizdir: “Türkiyəyə görə, rəsmi Vaşinqton Türkiyənin Usami Bin Ladeninə sığınacaq verir. Əgər 11 Sentyabr hadisələrindən sonra Bin Ladenin Türkiyədə gözəl bir məkanda yaşadığını və Türkiyənini dəstəyi ilə 160 məktəbə rəhbərlik etdiyini öyrənsəydik neyniyərdik?”
VOİCEPRESS.AZ