4 cüdoçumuz “Böyük dəbilqə”də mübarizəyə qoşulur

11 Fevral, 16:03

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 4 idmançısı mübarizəyə qoşulacaq.

“Böyük Dəbilqə”nin ikiqat qalibi Orxan Səfərov (60 kq) mübarizəyə 1/16 finaldan start verəcək. O, ilk qarşılaşmasında İn Hyuk Çoini (Cənubi Koreya) sınağa çəkəcək.

Bu çəkidə ölkəmizin idman şərəfini Nicat Şıxəlizadə (66 kq) qoruyacaq. İlk mərhələdən azad olan Qra-prinin qızıl mükafatçısı 1/16 finalda Daqa Qinq (Çin) – Honq Nin Mak (Honkonq) cütünün qalibini gözləyir.

Bu çəki dərəcəsinin lideri olan Rüstəm Orucov (73 kq) da “Böyük dəbilqə”yə 1/16 finaldan start verəcək. O, bu mərhələdə Yeldos Jumaxanov (Qazaxıstan) – Matye Lebreton (Fransa) cütünün güclüsü ilə döyüşəcək.

Orucovla eyni çəki dərəcəsində gücünü yoxlayan Hidayət Orucov isə 1/16 finalda Kuok Vinq Li (Honkonq) ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığmamız yarışa 7 idmançı ilə yollanıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here