2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib

15 Fevral, 12:26

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, sərəncama əsasən, Tədbirlər Planının icrasının təşkilinin əlaqələndirilməsi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirinin xidmətinə həvalə olunub.

Tədbirlər Planında islamdaxili həmrəylik, islam və digər konfessiyalar arasında həmrəylik istiqamətləri üzrə ölkə daxilində və xaricdə keçirilməsi nəzərdə tutulan tədbirlər öz əksini tapıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here