2016-cı ilin ən çox qazanan futbolçu kimdir?

3 Fevral, 22:02

“Forbes” jurnalı 2016-cı ildə dünyanın ən çox qazanan idmançılarının adlarını açıqlayıb.

VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, siyahı tərtib olunarkən əmək haqqları, bonuslar və reklamdan gələn gəlirlər əsas götürülüb.

Reytində 1-ci yeri “Real Madrid”in futbolçusu Kriştianu Ronaldu tutub. Portuqaliya yığmasının lideri ötən il 88 milyon dollar (56 milyon klubdan+32 milyon reklamdan) qazanıb.

“Barselona”nın ulduz futbolçusu Lionel Messi siyahıda 2-ci yeri tutur. Argentinalı futbolçunun gəliri 81,4 milyon dollar (53,4+28) olub.

Basketbolçu LeBron Ceyms 77,2, tennisçi Roje Federer 67,8 milyon, basketbolçu Kevin Dürant isə 65,2 milyon dollar qazanaraq ilk “5-lik”də qərarlaşıblar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here