İzmirdə baş verən partlayışda şəhid olan polisin kimliyi məlum olub.
VOİCEPRESS “qafqazinfo”-ya istinadən xəbər verir ki, qəhrəman polis Fethi Sekin böyük bir faciənin qarşısını alıb.
Belə ki, məhkəmə binasının qarşısında 3 terrorçu polisin onlardan şübhələndiyini görərək qaçmağa başlayıb. Daha sonra terrorçular avtomobili partladıb. Bu zaman polis “Canlı bomba var” deyərək onları hədəfə alıb. Üç terrorçu ilə təkbaşına mübarizə apararaq birini məhv edən Fethi Sekin qəhrəmancasına şəhid olub.
Türkiyə mediası isə onu “İzmiri fəlakətdən xilas edən qəhrəman” kimi təqdim edib.
VOİCEPRESS.AZ