Yığmamız “Böyük Dəbilqə”yə 7 idmançı ilə yollanacaq

18 Yanvar, 12:13

Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, 2017-ci ilin ilk “Böyük Dəbilqə” turnirinə 7 idmançı ilə yollanacaq.

Fevralın 11-dən 12-dək Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxacaqlar.

Yarışda ümumilikdə 49 ölkədən 345 (215 kişi, 130 qadın) cüdoçu mübarizə aparacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here