Yapon və rus alimlər yeni irsi xəstəliyi tədqiq etməyə başlayıblar.
VOİCEPRESS Rusiya KİV-ə istinadən bildirir ki, Ammosov adına Şimal-Şərq Federal Universitetinin əməkdaşları Osaka Universitetindən olan alimlərlə birlikdə yeni irsi xəstəlik və ona “cavabdeh” olan gen aşkarlayıblar.
Patologiya maddələr mübadiləsini pozur, nəticədə bütün orqanizm əziyyət çəkir, ürək, böyrəklər, hətta oynaq və dəri də sıradan çıxır. Üstəlik xəstəlik gənc yaşlarda ortaya çıxır.
Genin təsbit olunması işi hələ 2013-cü ildən başlayıb. Alimlər bildirirlər ki, tibbi ədəbiyyatda əvvəllər bu barədə məlumat olmayıb. 2017-ci ildə xəstəliklə bağlı araşdırmaların nəticələri mətbuatda dərc olunacaq. Həmçinin onun müalicəsi üçün araşdırmalar da davam etdiriləcək.
VOİCEPRESS.AZ