“Yemək alacaq qədər pulum varsa, Çinə niyə gedim ki?”

18 Yanvar, 08:01

Çexiyalı baş məşqçi Zdnek Zeman maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki,”Roma”nın keçmiş çalışdırıcısı Çində çalışmayacağını deyib.

“Mənə bir neçə dəfə Çindən təklif olub. Ancaq qəbul etməmişəm. Karyeramı davam etdirmək üçün o qədər uzağa getməyə gərək yoxdu. Yemək alacaq qədər pulum varsa, Çinə niyə gedim ki?” – deyə Zeman bildirib.

Təcrübəli mütəxəssis gələcəkdə çalışmaq istədiyi klub haqqında da danışıb: “Elə bir yerdə işləmək istəyirəm ki, orda prezident baş məşqçinin işinə qarışmasın. Düzdü, indiki zamanda belə klub tapmaq çox çətindi”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here