Xorvatiyada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib.
VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, Madrid “Real”ının yarımmüdafiəçisi Luka Modriç bütün rəqiblərini qabaqlayıb.
O, ekspertlər və sabiq futbolçuların iştirak etdiyi sorğuda 110 səs toplayaraq, Dado Prşonun 2004-cü ildə imza atdığı rekord göstəricini təkrarlayıb.
Qeyd edək ki, Luka Modriç karyerasında 5-ci dəfə bu ada layiq görülüb.
VOİCEPRESS.AZ