Xoruz ilində baş verən hadisələr – Tarixə bir nəzər

2 Yanvar, 23:25

Xoruz ilində baş verən hadisələr – Tarixə bir nəzər

Geridə qoymaqda olduğumuz 2016-cı il, yəni Meymun ili təkcə Azərbaycanda deyil, bütün dünyada gərgin keçdi. İqtisadi böhran, müharibələr, terror aktları, təbii fəlakətlər, sui-qəsdlər və digər xoşagəlməz hadisələr 2016-cı ilin ümumilikdə neqativ keçdiyini sübut edir. Bəs görəsən Xoruz ili necə keçəcək?

Bundan öncə Xoruz 2005, 1993, 1981, 1969, 1957, 1945, 1933 və 12 il geriyə getməklə digər illərə təsadüf edib. Biz yazıda 1993-cü ildən sonrakı Xoruz illərində baş verən hadisələri təqdim edəcəyik. Ailem.az 1news.az-a istinadən tarixdə Xoruz illərində baş verən hadisələri sadalayır.

1933-cü il

30 – yanvar – Adolf Hitler hakimiyyətə gəlib.

Qış ayları Ukraynalıların Qolodomor adlı soyqırım faciəsi ilə tarixə düşüb.

Qolodomor sözü “aclıq” və “öldürmək” sözlərinin birləşməsindən əmələ gəlib. Stalin milli elitanın və sosial dəstəyin ləğv edilməsi yolu ilə Ukrayna milli ideyasının aradan qaldırılması üçün ukraynalılara qarşı açıq müharibəyə başlamışdı. Həmin ildə 25 mindən çox ukraynalı aclıq nəticəsində dünyasını dəyişib, 125 min insan isə repressiyaya məruz qalıb. 28 noyabr 2006-cı ildə Ukrayna Ali Radası Qolodomoru soyqırım kimi tanıyan qanun qəbul edib.

1945-ci il

30 aprel – Hitler həyat yoldaşı Eva Braunla birlikdə bunkerlərin birində intihar edib.

26 iyun – BMT yaradılıb. Hazırda 193 ölkə bu təşkilatın üzvüdür.

2 sentyabr – II Dünya müharibəsi SSRİ və müttəfiqlərinin qələbəsi ilə başa çatıb.

3 sentyabr – Seyid Cəfər Pişəvəri Cənubi Azərbaycanda Azərbaycan Demokrat Firqəsini yaradıb.

1957-ci il:

16 yanvar – Əlcəzairdə Fransaya qarşı vətəndaş müharibəsi başlayıb.

25 mart – Romada Avropa İqtisadi Birliyi (gələcək Avropa İttifaqı) yaradılıb.

29 mart – ABŞ-a məxsus Li-2 təyyarəsi Sovet ərazisində vurulub.

21 sentyabr – Almaniya Demokratik Respublikasına məxsus “Pamir” barjası Azor dənizində batıb, 80 nəfər həlak olub.

4 noyabr – Rumıniya hökumət üzvlərini daşıyan təyyarənin qəzaya uğraması zamanı göyərtədəki 16 nəfərdən 4-ü həlak olub.

8 dekabr – Venesuela diktatoru Peres Himenezin diktaturası xalq üsyanı nəticəsində devrilib.

1969-cu il:

13 yanvar – Los-Anceles aeroportunda DC-8-62 təyyarəsinin qəzaya uğraması zamanı 15 nəfər həlak olub.

2 mart – Sovet və Çin qoşunları arasında Damansk adasında silahlı toqquşma baş verib.

16 mart – Venesuelada 742 Viasa reysinin qəzaya uğraması zamanı 155 nəfər həlak olub, 100 nəfər isə yaralanıb.

4 iyun – Meksikanın Monterrey şəhərində Boing 727 təyyarəsinin qəzaya uğraması nəticəsində 79 nəfər həlak olub.

1 sentyabr – Liviyada dövlət çevrilişi nəticəsində polkovnik Müəmmər Qəzzafi hakimiyyətə gəlib.

2 sentyabr – Vyetnam Demokratik Respublikasının yaradıcısı Xo Şi Min vəfat edib.

25 sentyabr – İslam Konfransı Təşkilatının əsası qoyulub.

29 oktyabr – İnternet yaranıb.

1981-ci il:

19 yanvar – Əlcəzaridə ABŞ və İran arasında aparılan danışıqlardan sonra Tehranda girov saxlanılan 52 amerikalı azad olunub.

14 fevral – İrlandiya paytaxtı Dublində Stardust klubunda baş verən yanğın zamanı 48 nəfər ölüb, 214 nəfər isə xəsarət alıb.

13 may – Türkiyəli terrorçu Məhməd Əli Ağca Roma Papası II İohann Pavelə sui-qəsd edib. Lakin bu cəhd uğursuz olub.

24 may – Ekvador prezidenti Xayme Roldos Agilera aviasiya qəzasında həlak olub.

5 iyun – QİÇS xəstəliyi ilk dəfə aşkar olunub.

29 iyul – Şahzadə Çarlz və Dinananın toy mərasimi baş tutub.

30 avqust – İran prezidenti Rəcai və baş nazir Məhəmməd Bahonar partlayış nəticəsində ölüblər.

6 oktyabr – Misir prezidenti Ənvər Sədat hərbi parad zamanı öldürülüb.

1 dekabr – Korsikada MD-81 təyyarəsinin qəzaya uğraması zamanı 180 nəfər həlak olub.

1993-cü il

1 yanvar – Çexoslavakiya Çexiya və Slovakiya dövlətinə bölünüb.

8 fevral – Tehran yaxınlığında Tu-154M və Su-24 qırıcılarının toqquşması zamanı 133 nəfər həlak olub.

17 fevral – Haitinin Port-o-Prens şəhəri yaxılığında sərnişin gəmisinin batması zamanı 500 nəfər həlak olub.

26 fevral – Ümumdünya Ticarət Mərkəzində bomba ilə yüklənmiş maşının partlaması nəticəsində 6 nəfər ölüb, 1042 nəfər isə xəsarət alıb.

12 mart – Hindistanın Bombey şəhərində terrorçuların törətdiyi partlayış zamanı 257 nəfər həlak olmuş, 713 nəfər isə xəsarət alıb.

Kəlbəcər (2 aprel), Ağdam (23 iyul), Füzuli (23 avqust), Cəbrayıl (23 avqust), Qubadlı (31 avqust) və Zəngilan (29 oktyabr) rayonları erməni-rus hərbi birləşmələri tərəfindən işğal olunub.

19 aprel – Texas ştatının Ueyko şəhərində Federal Təhqiqatlar Bürosunun əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 79 nəfər, o cümlədən 21 uşaq həlak olub.

27 sentyabr – Abxazlar Suxumi şəhərini ələ keçirib. Gürcü-Abxaz müharibəsi yekunlaşıb.

4 oktyabr – Rusiya Dumasına hökumət qoşunlarının hücumu nəticəsində 133 nəfər həlak olub, Duma sədri Rutskoy və Xasbulatov həbs olunublar.

20 noyabr – Makedoniyanın Oxrid şəhəri yaxınlığında baş verən təyyarə qəzasında 116 nəfər həlak olub..

31 dekabr – Gürcüstan prezidenti Zviad Qamsaxurdiya intihar edib.

2005-ci il:

3 fevral – Kabildə təyyarə qəzasında 104 nəfər həlak olub.

10 fevral – Şimali Koreya nüvə silahının olduğunu elan edib.

14 fevral – Livanın keçmiş baş nazir Rafiq Həriri Beyrutun mərkəzində sui-qəsd nəticəsində həlak olub.

8 mart – Çeçen mücahidlərinin lideri Aslan Məshədov Rusiya xüsusi təyinatlılarının əməliyyatı zamanı öldürülüb.

24 mart – Qırğızıstanda dövlət çevrilişi nəticəsində prezident Əsgər Akayev hakimiyyətdən devrildi.

13 may – Özbəkistanın Əndican şəhərində kütləvi toqquşmalar. İnsident zamanı 157 nəfər həlak olub.

5 iyun – İsveçrə referendum yolu ilə Şengen razılaşmasına qoşulub.

7 iyul – London metrosunda və şəhər avtobuslarında baş verən silsilə hücumlar zamanı 56 nəfər həlak olub

16 iyul – Ekvatorial Qvineyanın Malabo şəhərində An-24B təyyarəsinin qəzaya düşməsi zamanı 60 nəfər həlak olub.

23 avqust – “Katrina” qasırğası nəticəsində ABŞ-da 1800-dən artıq insan həlak olub.

8 oktyabr – Pakistanın Kəşmir bölgəsində baş verən zəlzələ zamanı 73 mindən artıq insan həlak olub.

1 noyabr – Fransada kütləvi iğtişaşlar başlayıb.

Bunlardan əlavə, 1453-cü ildə İstanbul fəth olunub. 1813-cü ildə Azərbaycanı ikiyə bölən Gülüstan müqaviləsi imzalanıb, 1863-cü ildə Londonda dünyada ilk metro stansiyası açılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here