Xınalıqda 18 dərəcə şaxta var

28 Yanvar, 11:49

“Hazırda Qubanın Xınalıq kəndində 18 dərəcə şaxta müşahidə edilir”.

VOİCEPRESS xəbər verir ki, bu barədə modern.az-a kənd sakinləri məlumat veriblər.

Bildirilib ki, kəndə gedən yollar buz bağlayıb, gediş-gəliş məhdudlaşıb:
“İnsanlar məcbur qalmadıqca yollara çıxmırlar. Hazırda da qar az-az yağmada davam edir. Amma güclü şaxta var”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 26-dan etibarən ayın sonunadək respublika ərazisində havaların kəskin soyuyacağı, qar yağacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here