Görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanda müxtəlif dini konfesiyaların tarixən sülh şəraitində yaşadığını diqqətə çatdıraraq, yəhudi icmasının əsrlər boyu ölkəmizdə mövcud olduğunu bildirdi.
O, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu deyərək, ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə öz töhfəsini verdiyini və bu xüsusda, BMT-nin Sivilizasiyalar Alyansının VII Bakı Forumu və Beynəlxalq Humanitar Forum kimi mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğuladı.
Devid Harris Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti, yəhudi icmasına göstərilən dəstək və qayğının yüksək qiymətləndirildiyini qeyd etdi.
Görüşdə həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatları və İsrail ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
VOİCEPRESS.AZ