Xalq artisti Nəzakət Teymurova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından getməsi barədə açıqlama verib.
VOİCEPRESS xəbər verir ki, sənətçi teatrı tərk etdiyini və opera səhnəsinə çıxmayacağını bildirib.
Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva xalq artistinin öz istəyi ilə getdiyini bildirib:
“Nəzakət xanım noyabrın 1-dən teatrla vidalaşıb. O, öz istəyi ilə opera səhnəsindən uzaqlaşıb. Onsuz da, əvəzedici kadr idi, tam ştatda deyildi. Pedoqoji fəaliyyəti sıx olduğundan belə bir addım atıb”.
VOİCEPRESS.AZ