Vasili Pukirevin “Qeyri bərabər evlənmə” əsəri

9 Yanvar, 10:57

Bu əsərin müəllifi tanınmış rus rəssamı Vasili Pukirevdir. Əsərin adı “Qeyri bərabər evlənmə” (Неравный брак)

Rəssam əsəri 1863-cü ildə çəkmişdir.
VOİCEPRESS tarixi mənbələrə istinadən xəbər verir ki, yaşadığı yerə yaxin olan kilsəyə tez-tez gedib gələn rəssam, bu hadisəyə də elə həmin kilsədə şahidlik edib. Bu hadisədən ilham alaraq gördüyünüz əsəri çəkib. İlk baxışdan sərdə evlilik səhnəsinin təsvir olunduğu açıq şəkildə görünür. Gəlinin yanında durub əlində şam tutan yaşlı adamın, gəlinin atası olduğu zənn edilsədə belə deyil. O şəxs, sinəsindəki medaldan göründüyü kimi, yüksək vəzifəl və imkanlı dövlət adamıdır və gəlinin gələcək həyat yoldaşıdır.
Qızın isə əlindəki şamı tutmasından da görünür ki, o heç də xoşbəxt deyil. Şəklə biraz daha yaxından baxanda qızın açıq şəkildə ağladığı görünür. O dövrlərdə Rusiyada yüksək rütbəli əyanların bu cür hərəkətləri geniş yayılmışdı. Əsərlərində həmişə qadın haqqlarını müdafiə və təbliğ edən rəssamın bu tablosu ona dünya şöhrəti qazandırmışdır. Maraqlısı ondadır ki, əsərin sağ tərəfində dayanıb qollarını sinəsinə çarpazlayan və bu hadisəni tənqidi baxışlarla izləyən şəxs elə rəssamın özüdür. O bu əsərdəki obrazlara öz şəklini əlavə etmişdir. Əsər hal hazırda Tretyakov qalereyasındadır.

Rusiyada ən çox sırf bu əsərə baxmaq üçün qalereyaya məktəbli şagirdləri gətirirlər. Şəkilin qarşısında duran şagirdlər ona çox maraqla baxırlar. Onlara “Siz o qızın yerində olsaydınız, bu hərəkəti edərdinizmi” – sualına verdikləri cavab isə çox qəribə olur. 7- 10- cu sinif arası qiz şagirdlər deyir ki “əsla belə bir hərəkətə yol verməzdilər” 10- 11-ci siniflər bu suala biraz tərəddüdlə cavab verirlər. Universitet tələbələrinin əksəriyyəti isə ” tamamilə razı olacaqlarını” deyərək, müsbət cavab verirlər.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here