Vahid rabitə və poçt ödəniş xidmət mərkəzləri yaradılır – “Şəbəkə”

19 Yanvar, 10:46

Yaxın vaxtda istifadəyə verilməsi nəzərdə tutulan “Şəbəkə” xidmət mərkəzlərində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün xidmətləri vahid bir mərkəzdən təqdim ediləcək.

VOİCEPRESS xəbər verir ki, RYTN-dən milli.az-a verilən məlumata görə, bu mərkəzlərdə rabitə və poçt xidmətləri üzrə ödənişlər qəbul ediləcək və özünəxidmət terminalları fəaliyyət göstərəcək. İlk “Şəbəkə” xidmət mərkəzi Üzeyir Hacıbəyov 36 ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə veriləcək.

Gələcəkdə respublika üzrə bütün rayon mərkəzlərində “Şəbəkə” xidmət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here