“Mançester Yunayted”in kapitanı Ueyn Runi gələcək planları barədə danışıb.
VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, təcrübəli hücumçu karyerasını başa vurandan sonra özünü məşqçi kimi sınamaq istədiyini bildirib.
“Bütün həyatım futbol ətrafında dönüb. Buna görə karyeramı başa vurcağım dəqiqədən etibarən məşqçilik imkanı qazanıb bu oyunun daxilində qalmaq istəyirəm. Yaş artdıqca futbol barədə daha dərindən düşünməyə başlayırsan. Mən də bu dövrdən keçirəm. Mənimlə eyni nəslin futbolçuları məşqçi olmamaq üçün kifayət qədər pula malikdirlər. Buna görə məşqçilik etmək istəyənlərin uğur qazanmaq şansı çox olacaq”.
VOİCEPRESS.AZ