İraq ordu qüvvələri Mosulun cənubunda İraq türkmənlərinə məxsus kütləvi məzarlıq aşkar edib.
VOİCEPRESS interaz-a istinadən xəbər verir ki, məzarlıqdan 27 meyit tapılıb.
Polkovnik Tanon əl-Sabavey hadisə ilə bağlı yaydığı bəyanatda bildirib ki, əsasən türkmənlərin yaşadığı əl-Kabbada tapılmış məzarlıqdakı cəsədlər kişilər, gənclər və uşaqlara aiddir.
“Meyitlərin üzərində zorakılıq əlamətləri müəyyən edilib və onların əksəriyyətinin üzərində şəxsiyyət vəsiqəsi var”, – Sabavey əlavə edib.
İraq ordusu meyitləri Rəşidiyədə yerləşən səhiyyə mərkəzinə aparıb.
VOİCEPRESS.AZ